Əgər şəxs birdəfəlik ödəniş həyata keçirilən ayda vəsaiti hesabından götürməyibsə, ona təkrar ödəniş edilə bilməz.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin məşğulluq və sosial rifaha dəstək tədbirləri ilə bağlı verdiyi tapşırıqların icrasına həsr olunan bugünkü mətbuat konfransında deyib.
"Qaydalar müəyyənləşdirilib. Şəxsin həmin ay gəliri olduğu üçün vəsaitdən istifadə etmədiyinə görə kartı bloklanır", - o bildirib.
Nazir qeyd edib ki, aztəminatlılıq meyarına uyğun gəlib, lakin ehtiyacı olmayan şəxslər müəyyənləşdirilib və onlar birdəfəlik müavinət ödənişindən kənarlaşdırılıb:
"3 min belə şəxs ödəniş siyahısından çıxarılıb. Eyni zamanda əmək müqaviləsi bağlayan 10 min insan bu siyahıdan çıxarılıb".