“Regionlara gediş-gəliş məsələsi müzakirə olunur”.
Bizimaz.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
O qeyd edib ki, epidemioloji vəziyyət nəzərə alınaraq, rayonlara gediş-gəliş məsələsinə baxılacaq:
“Müxtəlif qaydalar üzrə fikirlər yürüdülür. Burada bir məqamı nəzərə almalıyıq ki, Bakı şəhərində yoluxma tendensiyası var. Regionlarla əlaqədə açılma olarsa, orada yoluxmanın artmasına təsir göstərə bilər”.