Təxminən 2 ildir Dövlət Bayrağı Meydanında bayrağımızın asılmaması növbəti dəfə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Bizimaz.az bildirir ki, məsələ ilə bağlı Axar.az-a açıqlama verən Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Günay Yelmarqızı bildirib ki, Meydandakı təmir-bərpa işləri bitdikdən sonra bayraq yerində asılacaq:
“Bayraq Meydanında texniki və təmir işləri aparılır. İşlər bitdikdən sonra bayraq yenidən asılacaq. Təmirin bitmə tarixi isə hələlik bəlli deyil”.
Qeyd edək ki, Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində — Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Bayraq meydanında ucaldılmış dayağın hündürlüyü 162 metr, bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.