Xəbər lenti


Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) ilin ilk altı ayının yekunları və qarşıda duran vəzifələrlə bağlı videokonfrans formatında geniş tərkibli kollegiya iclası keçirilib.

 

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, kollegiya iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 27 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün tədbirlər planı”ndan irəli gələn öhdəliklərin icrası ilə bağlı məsələlər müzakirə olunub.

İclas zamanı həmçinin çaylarda və su anbarlarında quraşdırılacaq hidroloji suölçmə məntəqələri, ölkə ərazisində hidrogeoloji planlama işlərinin davam etdirilməsi, yeraltı su hövzələrinin axtarışı, meşə ilə örtülü ərazilərin genişləndirilməsi məqsədilə ağacəkmə aksiyalarının keçirilməsi, nadir təbiət komplekslərinə beynəlxalq statusların verilməsi və xüsusi mühafizə olunan təbiət ərazilərindən səmərəli istifadə məsələləri ilə bağlı məruzələr dinlənilib.

Qeyd olunub ki, iqlim dəyişmələri fonunda su ehtiyatlarının azalması sürətlənir, bu baxımdan su ehiyatlarının formalaşmasında xüsusi rola malik olan meşələrin miqyasının artırılması əhəmiyyətli hesab olunur.

Bununla əlaqədar, payız ağacəkmə mövsümündə ölkəmizdə meşələrin artırılması, baramaçılığın, arıçılığın inkişafı və iqlim dəyişmələri fonunda götürülmüş beynəlxalq öhdəliklərə uyğun olaraq karbon qazının udulması məqsədilə əsas tərəfdaş qurumlar, beynəlxalq təşkilatlar, Kənd Təsərrüfatı Nazirliyi, Ekoloji İctimai Şuranın üzvləri və ekokönüllülər ilə birlikdə meşəbərpa, meşəsalma tədbirlərinin həyata keçiriləcəyi bildirilib.

Genişmiqyaslı aksiya zamanı meşələrin sosial və iqtisadi səmərəliliyini və karbonun udulmasını artırmaq, eləcə də mövcud meşələrin keyfiyyətini yaxşılaşdırmaq üçün açıq meşə ərazilərində əsasən meşəcinsli ağacların əkilməsinin mühüm rol oynayacağı vurğulanıb, təklif və tövsiyələr dinlənilib.

Daha sonra Hirkan meşələrinin YUNESKO-nun təbii irs siyahısına salınması və Zaqatala Biosfer Qoruğunun yaradılması istiqamətində görülmüş və görüləcək işlər barədə məlumat verilib.

Yekunda nazirliyin bütün struktur vahidlərinin və bölmələrinin mövcud potensialının bu vəzifələrin icrasına səfərbər edilməsi ilə bağlı konkret tapşırıqlar verilib.

01 May 2025 “3 milyondan çox vətəndaşın banklara kredit borcu var”
21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov