İctimai Televiziya və Radio Yayımları Şirkətinin koronavirusa yoluxan böyük redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlu vəfat edib.
APA-nın məlumatına görə, o, beyin qansızmasından həyatını itirib.
Faktı TƏBİB-dən təsdiqləyiblər. Bildirilib ki, Ə.Fəqanoğlu bu gün səhər həyata gözlərini yumub.
Qeyd edək ki, COVID-19 testinin nəticəsi pozitiv çıxan Əmrah Fəqanoğlu “Yeni klinika”da müalicə olunurdu.