Xəbər lenti

Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkilatçılığı ilə 21 iyul 2020-ci il tarixində Azərbaycan milli mətbuatının 145 illik yubileyinə həsr olunmuş onlayn konfrans keçirilib.

 

Bizimaz.az Modern.az-a istinadən xəbər verir ki, Fondun icraçı direktoru Fərid Cəfərov və KİVDF-in icraçı direktoru Əhməd İsmayılovun çıxışları ilə başlayan konfrans Vüqar Zifəroğlu, Rəşad Məcidov və Akif Aşırlı kimi peşəkar jurnalistlərin çıxışları ilə davam edib.

KİV nümayəndələrinin və jurnalistika ixtisası üzrə təhsil alan yüzlərlə gəncin qoşulduğu görüşdə çıxış edən jurnalistlər bildiriblər ki, bu il 145 yaşını qeyd edən, görkəmli ziyalı, maarifçi Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız çətin və şərəfli inkişaf yolu keçərək, bu gün də özünün ən yaxşı ənənələrini davam etdirir, cəmiyyətimizin inkişafına, xüsusilə gənc nəslin tərbiyəsində öz əhəmiyyətli töhfəsini verir. Bu yolda tarixi xidmətlər göstərmiş fədakar ziyalılarımızı dərin hörmət hissi ilə yad edən qonaqlar, bu gün Azərbaycan mətbuatının qarşısında duran vəzifələr, informasiya əsrində, beynəlxalq münasibətlərin tərkib hissəsinə çevrilmiş informasiya müharibəsi dövründə jurnalistlərin üzərinə düşən məsuliyyət barədə maraqlı fikir mübadiləsi aparıblar.

01 May 2025 “3 milyondan çox vətəndaşın banklara kredit borcu var”
21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov