"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Hərəkət Xidmətinin rəisi vəzifəsinə yeni təyinat olub.
Bizimaz.az bildirir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Qatarların Hərəkət Təhlükəsizliyi üzrə baş müfəttişi Elxan Məmmədov tutduğu vəzifədən azad edilərək, qurumun Hərəkət Xidmətinin rəisi təyin olunub:
“Qatarların Hərəkət Təhlükəsizliyi üzrə baş müfəttişi vəzifəsinə isə Ruslan Seyidov təyin olunub”.
Xatırladaq ki, ötən ay "Bakı Metropoliteni"nin Hərəkət Xidmətinin rəisi Etibar İsayev ürəktutmasından dünyasını dəyişib.
istinad