Xəbər lenti

Pandemiya dövründə imtahanların keçirilməsi ilə bağlı DİM tərəfində təlimat hazırlanıb.

 

Bizimaz.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Operativ Qərargahın bugünkü brifinqində deyib.

"Bu imtahanlarda 143 minə yaxın şagird iştirak edib. DİM tərəfindən kütləviliyin azaldılması məqsədilə lokal şəraitdə imtahanlar keçirildi. Bu, bizə imkan verdi ki, bir binada 250 nəfər iştirak etsin. Eyni zamanda virusa yoluxma faktı da görülən tədbirlərə görəqeydə alınmayıb", - o bildirib.

X.Xanlarzadə qeyd edib ki, ilk 3 həftə ərzində keçirilən bütün imtahanların nəticələri elan olunub:

"2, 3, 10 iyulda keçirilən imtahanlarında iştirak edən 19 min abituriyentin nəticələri də elan olunub. Qarşıdakı həftədə də qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulur".

Xanlar Xanlarzadə əlavə edib ki, DİM Operativ Qərargaha müraciət edərək, imtahanların keçirilməsi üçün icazə alıb və 23-24 iyulda qəbul imtahanları keçiriləcək:

"Bütün məlumatlar DİM-in saytında yerləşdirilir. Ola bilər ki, kimsə qrafikdə öz rayonunu tapmasın. Biz növbəti həftə ərzində keçiriləcək imtahanların qrafikini açıqlayacayıq. Bu həftə 58 mindən artıq abituriyentin imtahanı olacaq, növbəti həftə isə 28 mindən artıq abituriyent iştirak edəcək".

Sözçünün sözlərinə görə, bütün imtahan binalarının qarşısında sosial məsafənin gözlənilməsi üçün müəyyən xətlər çəkilib:

"Sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu rayon və şəhərlərdə də bu imtahanlar təşkil olunacaq. Hər bir abituriyentin imtahan verəcəyi yer yaşadığı ünvana yaxın olacaq. Əgər abituriyentin özünün getməyə imkanı varsa, gedib, imtahan verəcək. Əgər ehtiyac olarsa, abituriyentin yanında bir nəfər gələ bilər. Bu zaman imtahana gedəndə buraxılış vərəqəsi, sağlamlıq haqqında arayış və yanında gələcəyi şəxs üçün də arayış veriləcək. Arayışdakı QR kod vasitəsilə sənədin həqiqiliyi müəyyən ediləcək".

istinad

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov