2020-ci ilin yanvar-may ayları ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 15 334 nikaha daxilolma və 5 788 boşanma halları qeydə alınıb.
Bizimaz.az Trend-ə istinadla xəbər verir ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,7, boşanmaların sayı isə 1,4 olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə həm nikahların, həm də boşanmaların sayında xeyli azalma müşahidə olunur.
Belə ki, 2019-cu ilin yanvar-may ayları ərzində qeydiyyat şöbələri tərəfindən 23 684 nikah və 7082 boşanma halları qeydə alınmışdı.