"Sentyabrın 15-i tədris ili başlayır. Vakansiyalar peşəkar kadrlar tərəfindən tutulmalıdır. Bunun üçün də müsabiqənin bütün mərhələləri başa çatdırılmalıdır".
Bizimaz.az "demokrat.az"a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov müəllimlərin işə qəbulu üzrə müsabiqədən danışarkən deyib.
Şöbə müdiri bildirib ki, yerdəyişmə müsabiqəsinə 8 000-ə yaxın vakansiya çıxarılmışdı:
"Avqustun sonuna yaxın vakansiya seçimi mərhələsinin elan edilməsi planlaşdırılıb. Düşünmürəm ki, say bu rəqəmdən aşağı olsun".