Xəbər lenti

Sərt karantin rejimi çərçivəsində metro stansiyalarının fəaliyyətinin dayandırılması ilə sərnişinlərin “BakıKart”-ın balansını artırmasında müəyyən çətinliklər müşahidə olunur.

 

 

Bizimaz.az bildirir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Modern.az-a bildirib ki, çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq məsələnin operativ həlli istiqamətində tədbirlər görülüb:

 

“Bakı Nəqliyyat Agentliyi, Bakı Metropoliteni QSC, “BakıKart” və MilliÖn şirkətlərinin rəhbər şəxsləri arasında video-konfrans formatında görüş keçirilib. Müzakirlərin yekunu olaraq sərnişin tələbatı çox olan metrostansiyalarının vestibüllərinin yalnız ödəmə terminallarından istifadə üçün açılmasına qərar verilib. 

 

Qərara alınıb ki, iyulun 15-dən etibarən səhər və axşam pik saatlarında daha çox sərnişin tələbatı olan istiqamətlərdə metronun bəzi stansiyalarının vestibülləri ödəmə terminallarından istifadə üçün açılsın.

 

Qrafikə əsasən saat 06:30-dan 12:00-a qədər “Həzi Aslanov”, “Əhmədli”, “Xalqlar Dostluğu”, “Neftçilər”, “Qara Qarayev”, “Azadlıq”, “20 Yanvar” stansiyalarının  metroları, saat 16:00-dan 20:30-a qədər isə “20 Yanvar”, “Nizami”, “Gənclik”, “N.Nərimanov” stansiyalarının vestibülləri yalnız ödəmə terminallarında istifadə üçün açıq olacaq”.  

 

“Vestibüllərdə sərnişinlərin maskadan istifadə və sosial məsafənin gözləniləməsi qaydalarına riayət etməsi üçün müvafiq tədbirlər görülür. Sərnişinlərdən “BakıKart”-ın balansını artırmaqla bağlı işlərini planlı qurmalarını xahiş edirik. Əvvəlcədən tədbirli davranış lüzumsüz vaxt itkisinə məruz qalmamaq, eləcə də pandemiya dövründə yolxuma riskini minimuma endirmək baxımından əhəmiyyətlidir.   

 

Video konfransda avtobus dayanacaq məntəqələrindəki ödəmə terminallarındakı yaranan texniki nazaslıqlar və onların həlli məsələləri də müzakirə edilib. Bildirilib ki, hazırda sərt karantin rejiminə uyğun olaraq “BakıKart” və “MilliÖn” şirkətlərində ümumi əməkdaşların 50%-i çalışır. Buna baxmayaraq hər iki operator işini xüsusi rejimdə quraraq ortaya çıxan texniki nasazlıqların qısa vaxtda aradan qaldırılmasına  səy göstərir”,-deyə BNA rəsmisi qeyd edib.

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov