Operativ Qərargahda qərarlar qəbul olunarkən, real vəziyyət nəzərə alınır. Vizual müşahidələr göstərir ki, metronun bağlanması ilə sıxlıq yaranıb.
Bizimaz.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H.Hacıyev qeyd edib ki, özü də ictimai nəqliyyatdan istifadə edir:
"Metronun bağlanması qərarı daha çox qapalı məkan olması, ventilyasiya sistemi nəzərə alınaraq, verilib. Avtobuslar üzərinə düşən yükün azaldılması üçün Bakı Nəqliyyat Agentliyi qarşısında tələblər qoyulub".