Yoluxma ilə sağalma sayları artıq eyniləşir.
Bizimaz.az xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib.
O bildirib ki, bu məsələdə müəyyən sabitləşməyə nail olunub:
"Bu, vətəndaşların qaydalara riayət etməsi nəticəsində baş verib. Biz bunu ictimai nəqliyyatda, marketlərdə də görürük. Biz qaydalara riayət edərək xəstəliyə qalib gələ bilərik".
Yaqut Qarayeva qeyd edib ki, xəstəliyin profilaktikası olmadığı üçün mübarizə üsulu yalnız karantin qaydalarına riayət etməkdir:
"Lakin onu da deyim ki, rayonlara gediş-gəliş bərpa olunsa, virusun yayılması arta bilər".