İnsanların ictimai iaşə müəssisələrinə, kütləvi toplaşdığı məkanlara və iş yerlərinə sağlamlıq statusu əsasında buraxılması ilə bağlı təkliflər hazırlanır.
Bizimaz.az xəbər verir ki, bunu Trend-ə “E-Təbib” layihəsinin rəhbəri Fuad Niftəliyev deyib.
Onun sözlərinə görə, insanların QR kod vasitəsilə obyektlərə buraxılması təklif edilir.
F.Niftəliyev hazırda bu layihə üzərində iş aparıldığını, layihənin artıq sınaqdan keçirildiyini də söyləyib:
“Bizim təklifimiz odur ki, insanların hazırda karantin rejiminə görə bağlı olan ictimai iaşə müəssisələrinə, eləcə də iş yerlərinə girişləri yalnız QR kod vasitəsilə aparılsın. Belə olduqda xəstə insanlar həmin yerə daxil ola bilməyəcəklər”.
istinad