“AzTV-nin COVID-19-a yoluxmuş əməkdaşlarının vəziyyəti hazırda yaxşıdır”.
Bizimaz.az xəbər verir ki, bu barədə AzTV-nin məlumatında bildirilir. Qeyd edilib ki, onların hər biri ilə əlaqə yaradılır, vəziyyətləri, səhhətləri ilə maraqlanılır, hər hansı ehtiyaclarının olub-olmadığı öyrənilir: “Əməkdaşlarımızdan bəziləri artıq sağalaraq evə buraxılıb, bəzilərinin isə müalicəsi davam etdirilir”.
Məlumatda həmçinin bildirilib ki, AzTV-nin koronavirusa yoluxmuş aparıcısı Ülfət Rəhim də sağalıb.
istinad