Xəbər lenti

 

Son günlər Şabran rayonuna çəyirtkələr kütləvi şəkildə hücum edirlər. Bu həm fermerlərin, həm də digər sakinlərin ciddi narahatlığına səbəb olub.

 

Şabran rayon Aqrar İnkişaf Mərkəzinin direktoru Fəxrəddin Osmanov “Sputnik Azərbaycan”a bildirib ki, çəyirtkələr 25 gündən çoxdur, bölgəyə hücum çəkirlər. Onlara ən çox rayonun Hacıqaraqaşlı kəndi ərazisində rast gəlinir.

“20-25 gündür ki, çəyirtkələrin Ekologiya Nazirliyinin nəzdində olan torpaqlara hücum çəkdiyi müşahidə edilir. Çəyirtkələr həm dənizdən, həm də Qubanın Buduq kəndindən sürü şəklində hücum çəkirlər. Payızda və yaz aylarında dənizin qırağında qamışlıq yaranıb. Bu da onların gəlişinə təkan verib”, - deyən Osmanovun sözlərinə görə, yerli növ çəyirtkələr qırmızı-qəhvəyi rəngdədir və arıya bənzəyirlər. Onlar körpədirlər və o qədər də təhlükəli sayılmırlar. Amma onlara qarşı vaxtında tədbirlər görülməlidir.

“Avqustun sonunda yumurta qoyacaqlarından, onların qarşısını almağa çalışırıq ki, çoxalmasınlar. Xoşbəxtlikdən çəyirtkələr sahələrdə arpa biçini başa çatdıqdan sonra hücum çəkdilər, taxıl sahələrinə girə bilmədilər”, - deyən Aqrar İnkişaf Mərkəzinin direktoru ziyanvericilərə rayonun Xəlilli kəndinin aşağı hissəsində də rast gəlindiyini bildirib.

O əlavə edib ki, bu vəziyyəti nəzarətdə saxlamaq və həşaratların hücumunun qarşısını almaq üçün xüsusi aparatdan istifadə olunur. Hadisə yerinə digər rayonlardan müvafiq texnika cəlb olunub. Sabah sübh tezdən isə dərmanlama işləri həyata keçiriləcək.

 

 

01 May 2025 “3 milyondan çox vətəndaşın banklara kredit borcu var”
21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov