Prokurorluq orqanlarının fəaliyyətinə dair məlumatların operativ şəkildə əhaliyə, o cümlədən kütləvi informasiya vasitələrinə çatdırılmasını təmin etmək üçün facebook, instagram, twitter, youtube, telegram və linkedin sosial şəbəkələrində mövcud və yeni hesablar aktivləşdirilib.
Bizimaz.az bildirir ki, bu barədə Baş Prokurorluqdan Modern.az-a verilən məlumatda bildirilib.
Qeyd edikib ki, səhifələrdə daimi olaraq prokurorluq orqanlarının fəaliyyətinə dair informasiyalar çevik və operativ olaraq paylaşılacaq:
"Səhifələrin zamanın tələbinə uyğun olaraq vizual və texniki baxımdan gücləndirilməsi məqsədilə işlər davam etdirilir".