Paytaxda fəaliyyət göstərən daha bir məşhur oteldə karantin qaydaları pozulub.
Bizimaz.az Report-a istinadən xəbər verir ki, “Hyatt Regency Baku” otelində lentə alınmış görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdə bir qrup insanın karantin rejimi qaydalarına əməl etməyərək hovuz kənarında istirahət etdiyi əks olunub.
Qeyd edək ki, dünən “Fairmont Baku” otelində də karantinin pozulması ilə bağlı görüntülər paylaşılmışdı. Polis həmin şəxsləri saxlamışdı.