Paytaxtda Bakı şəhər İcra Hakimiyyəti tərəfindən gücləndirilmiş dezinfeksiya işləri aparılır.
Bizimaz.az xəbər verir ki, BŞİH-nin şəhər təsərrüfatı üzrə şöbə müdiri Ayaz Hüseynov pandemiya dövründə koronavirusla mübarizə işləri çərçivəsində növbəti dəfə gücləndirilmiş genişmiqyaslı dezinfeksiya işləri aparıldığını bildirib.
Onun sözlərinə görə, İcra Hakimiyyəti tərəfindən dezinfeksiya işlərinə 2 min nəfərə yaxın əməkdaş, 40 ədəd texnika və əlavə olaraq Daxili İşlər Nazirliyi tərəfindən 20 ədəd texnika cəlb olunub.
Bu gün 450-dən çox küçə və prospektin dezinfeksiya olunması planlaşdırılır.