Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov işçilərdən koronavirus testinin götürülməsi üçün Səhiyyə Nazirliyinə müraciət edib.
Bizimaz.az bildirir ki, Unikal.org-un məlumatına görə, icra başçısının göstərişi ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətlərinin əməkdaşları Bakı Şəhər İcra Hakimiyyətinin binasındadırlar.
Artıq 50 nəfər əməkdaşdan koronavirus testi götürülüb.