Xəzər Televiziyasının keçmiş aparıcısı Vamiq Nəsirov yeni işə başlayıb.
Bizimaz.az Modern.az-a istinadən bildirir ki, , bu barədə Vamiq Nəsirov məlumat verib.
“Bu gündən Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Media və Kommunikasiya şöbəsinin müdiri vəzifəsində işə başladım. Mənə göstərilən bu etimad üzərimə həm də böyük məsuliyyət qoyur. Siz dəyərli dostlarımın dəstəyi ilə bu məsuliyyətin öhdəsindən layiqincə gələcəyimə inanıram”.