Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib.
Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
Səhmdar Cəmiyyəti istehlakçılardan yaranan hər hansı qəza halı ilə bağlı çağrı mərkəzinə müraciət ünvanlamağı xahiş edir:
“İstehlakçılardan xahiş edirik ki, yaranan hər hansı çətinliklə bağlı müraciətlərini rəsmi “Facebook” və “Instagram” səhifələrimizə, “WhatsApp” nömrəmizə və 24 saat fasiləsiz xidmət göstərən “199” Çağrı Mərkəzimizə yönləndirsinlər”.