"Bəzi vətəndaşlarımız artıq xəstəliyin varlığına inanır və məsələyə daha məsuliyyətlə yanaşırlar".
Bizimaz.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
O deyib ki, yaşından asılı olmayaraq, hər bir vətəndaş xəstəliyin fəsadlarını dərk etməlidirlər:
"Təəssüf ki, uşaqlar bu virusun daşıyıcısıdır. Onlarda xəstəliyin heç bir əlaməti olmadan test nəticələri pozitiv çıxır".
Y.Qarayevanın sözlərinə görə, qapanmanın məqsədi insanlar arasında təması azaltmaqdır:
"Karantin rejimindən gözlənilən nəticəni əldə etmək üçün biz parklarda, həyətlərdə, evlərdə toplaşmamalıyıq".