Bu gün ölkə ərazisində 547 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. 291 nəfər sağalaraq evə buraxılıb.
Bizimaz.az xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib. O bildirib ki, bu gün 6 nəfər dünyasını dəyişib və bu günə qədər 180 nəfər dünyasını dəyişib.