Azərbaycanda pandemiya səbəbindən sərhədlərin avqustun 1-dək bağlı qalacağı Türkiyəyə tur alan yüzlərlə vətəndaşın paketləri geri qaytarması ilə müşayiət olunur.
Bizimaz.az Axar.az-ın əldə etdiyi məlumata istinadən xəbər verir ki, turizm firmalarında ajiotaj başlayıb və kütləvi şəkildə müraciətlər var.
Qışdan turizm firmalarına ödəniş edən insanlar biletləri qaytarmağa, pulları geri almağa başlayıb.
Turizm firmaları iyun və iyul ayları üçün Antalya, Bodrum, Quş adası kimi kurort zonalarına alınan paketləri geri qaytarır.