Vətəndaşlarımızdan xahiş edirik ki, qaydalara uyğun olmayan hallarda SMS xidmət sistemini məşğul etməsinlər.
Bizimaz.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bugünkü brifinqində deyib.
"Aprel ayında müşahidə etdik ki, 80 faiz hallarda uyğun olmayan məzmunla 8103 xidməti məşğul edilirdi və nəticədə ehtiyacı olan vətəndaşlara cavab gecikirdi. Gündəlik 1 milyona yaxın müraciət olur və SMS maksimum 1 dəqiqə müddətində vətəndaşa göndərilir", - o bildirib.
Ü.Mehdiyev qeyd edib ki, bu hallarda vətəndaşlar üçün inzibati cəza tədbirləri görüləcək:
"Bu xidmətdən həm Azərbaycan Respublikası vətəndaşları, həm də əcnəbilər, vətəndaşlığı olmayan şəxslər istifadə edə biləcəklər. Bunun üçün şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və icazə kodunu daxil etmək kifayətdir".