“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) alış-verişlərlə bağlı vətəndaşlara müraciət edib.

 

Müraciətdə deyilir:

“Koronavirus (COVID-19) pandemiyası dövründə dostlarınız və əzizlərinizlə virtual görüşlərə üstünlük verin. Ehtiyac olmadıqca, kütləvi məkanlara getməyin.

Alış-verişi mümkündürsə, onlayn edin. Bununla siz, ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına kömək ola bilərsiniz”.