Koronaviruslu xəstələrin müalicəsi ilə bağlı xüsusi rejimli xəstəxanalar kimi fəaliyyət göstərəcək tibb müəssisələri müəyyənləşib. 

 

Bizimaz.az bildirir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat daxil olub. 

Xüsusi rejimli xəstəxanalar bunlardır:

  • Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu
  • 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası
  • Kliniki Tibbi Mərkəz
  • Azərsu Tikinti Xəstəxanası
  • Göyçay RMX
  • Salyan RMX
  • Xızı RMX
  • Qusar RMX
  • Ucar RMX
  • Saatlı RMX
  • Zərdab RMX
  • Gəncə Dəmiryol Xəstəxanası

Qeyd edilən Xəstəxanalarda müalicə alan pasiyentlər ən yaxın rayonlardakı xəstəxanalara köçürülüb müalicələrini davam etdirə biləcəklər.

BAKU.WS