Paytax ərazisində koronavirusa yoluxanların 12,7 faizi Yasamal rayonunun payına düşür.
Bizimaz.az xəbər verir ki, bu barədə məlumat koronavirusinfo.az saytında yerləşdirilib.
Yasamal rayonundan sonra ən çox yoluxma Bakının Xətai (12,2%), Binəqədi (12,1%), Sabunçu (12%) rayonları ərazisində qeydə alınıb.
Ümumilikdə, virusa yoluxmalar paytaxtın Nəsimi rayonunda 10,7%, Suraxanı rayonunda 9,6%, Nəriman Nərimanov rayonunda 8,8%, Nizami rayonunda 7,3%, Qaradağ rayonunda 6,6%, Xəzər 4,4, Səbail rayonunda 3,2% təşkil edib. Bakı üzrə ən az yoluxma isə 0,06%-lə Pirallahı qəsəbəsində qeydə alınıb.
Bizimlə əlaqə saxlayın