Bakıda və digər iri şəhərlərdə həftəsonu insanların yaşayış yerini tərk etməməsi ilə bağlı tətbiq edilən sərt karantin günlərini bəzi sakinlər rayonlarda keçirib.
Bizimaz.az xəbər verir ki, sərt karantin rejimindən öncə paytaxt sakinlərinin əksəriyyəti turizm məkanlarına üz tutublar.
Bu səbəbdən bu gün Bakıya giriş-çıxışda bəzi problemlər yaranıb. Bakının girişində uzun tıxac müşahidə olunub.
Qeyd edək ki, operativ qərargahın qəbul etdiyi qərara əsasən, iyunun 14-ü saat 00:00-dan iyunun 16-sı 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazilərində sərtləşdirilmiş karantin rejimi tətbiq olunub.
Sərtləşdirilmiş karantin rejimi günlərində Baku TV-nin Quba rayonundan çəkdiyi görüntüləri təqdim edirik:
Oxu.Az