Energetika Nazirliyində yeni təyinat olub.
Bizimaz.az xəbər verir ki, Vüsal Rəcəbli nazirlikdə müşavir təyin edilib.
Energetika nazirinin digər müşaviri, həm də nazirliyin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva "Report"a açıqlamasında xəbəri təsdiq edib.
V.Rəcəbli keçmiş deputat Hadı Rəcəblinin oğludur. O, bundan əvvəl BEGOC-un Nəqliyyat Departamentinin dövlət qurumları ilə inteqrasiya və nəqliyyat əməliyyatları şöbəsinin müdiri olub.