Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.
Bizimaz.az "Report"a istinadən oğlan və qız uşaqlarına qoyulan adlar arasında ilk onluğu təqdim edir.
Belə ki, cari il ərzində 742 uşağa Yusif, 715 uşağa Uğur, 694 uşağa Əli, 661 uşağa Hüseyn, 456 uşağa Məhəmməd, 433 uşağa Murad, 416 uşağa Ömər, 361 uşağa Raul, 337 uşağa Ayxan və 305 uşağa isə Tunar adı qoyulub.
Cari il ərzində 738 uşağa Zəhra, 572 uşağa Zeynəb, 557 uşağa Məryəm, 532 uşağa Mələk, 493 uşağa Aylin, 478 uşağa Fatimə, 462 uşağa Nuray, 405 uşağa Nilay, 367 uşağa İnci və 360 uşağa isə Dəniz adı qoyulub.
Xatırladaq ki, cari ilin hələ yanvar-aprel aylarında Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 34 749 doğulan körpə qeydə alınıb. Doğulanların 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarıdır. Doğulan körpələrdən 912-si əkiz, 30-u isə üçəmlər olub.