İyulun 1-dək Azərbaycanda sərhədlər bağlı qaldığı üçün iyunun 16-da Türkiyədən Bakıya uçuşu nəzərdə tutulan reys təxirə salınıb.
Bizimaz.az bildirir ki, bunu açıqlamasında AZAL-ın Mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.
Qeyd edək ki, bu gün Musavat.com iyunun 16-da Türkiyədən Bakıya uçuşu nəzərdə tutulan reysin təxirə salınması və sərnişinlərə bununla bağlı bildiriş gəldiyi haqda məlumat yayıb. Bildirişdə reysin təxirə salınma səbəbi açıqlanmayıb.