Cari ilin yanvar- aprel aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ilkin məlumatlara əsasən 34749 doğulan körpə qeydə alınıb.
Bizimaz.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin hər 1000 nəfərinə bu göstərici 10,6 təşkil edib.
Doğulanların 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarıdır. Doğulan körpələrdən 912-si əkiz, 30-u isə üçəmlərdir.