Xəbər lenti

Azərbaycan Respublikası ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə sərhədlər bağlanıb.

 

Bizimaz.az xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov Operativ Qərargahın bugünkü brifinqində deyib.

"Bununla bağlı olaraq mart ayında çarter reysləri təşkil edilib. İran, Rusiyadan reyslər təşkil olunub. Naxçıvandan son uçuşlar isə 2 aprel tarixində baş tutub", - o qeyd edib.

A.Məmmədov bildirib ki, Azərbaycana uçuş yerinə yetirmək istəyən hər bir ölkə ilk olaraq müraciət edib, qərarlarla tanış olmalıdır:

"1 iyul tarixinə qədər Beynəlxalq uçuşların təşkili qadağandır. Bu dövr ərzində hava nəqliyyatı ilə yükdaşımalara heç bir məhdudiyyət qoyulmayıb. Bununla yanaşı, Azərbaycan 10 dövlətə hava yolları ilə humanitar yardım göndərib. Yükdaşımalarda 27 faiz artım müşahidə olunub".

O qeyd edib ki, çarter reysləri ilə 25 minə yaxın sərnişin daşınıb:

"London, Romaya çarter reysləri təşkil olunub. Bu gün Nyu Yorkdan vətəndaşlarımız ölkəyə gətirilib. Paralel olaraq beynəlxalq uçuşların bərpası planlaşdırılır. Virusun yayılmasının qarşısını almaq məqsədilə ölkəmizdə görülən tədbirlər bir sıra ölkələr tərəfindən müsbət təcrübə kimi qiymətləndirilir. Buna görə də uçuşları bərpa etmək istəyən ölkələr var. Xüsusilə Qazaxıstan, Özbəkistan müraciət edib".

A.Məmmədov bildirib ki, tələblərə riayət etmək vacibdir:

"Hava yolu ilə nəqliyyat daşınması beynəlxalq daşınmalardır. Buna görə də xarici hava limanlarının tələblərini öyrənirik. Bu baxımdan hazırlanan müvəqqəti qaydalar Azərbaycan Respublikasının hava limanında çalışan əməkdaşların və sərnişinlərin sağlamlığının qorunması məqsədini daşıyır".

01 May 2025 “3 milyondan çox vətəndaşın banklara kredit borcu var”
21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov