İyunun 14-ü və 15-i ASAN Xidmət və ASAN Kommunal mərkəzləri fəaliyyətini dayandıracaq.
Qurumdan verilən məlumata görə, sərtləşdirilmiş karantin rejiminin tətbiqi ilə əlaqədar 14 iyun tarixində Bakı şəhərindəki bütün ASAN Xidmət və ASAN Kommunal, o cümlədən Sumqayıt, Gəncə və Kürdəmir regional ASAN Xidmət mərkəzləri fəaliyyət göstərməyəcək.
15 iyun tarixində isə Milli Qurtuluş Günü ilə əlaqədar bütün ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində qeyri-iş günüdür.
Qeyd olunan tarixlərdə hazır sənədlərin götürülməsi üçün mərkəzlərə müraciət etməli olan vətəndaşların növbəti iş günlərində müvafiq xidmətlərdən yararlana biləcəyi bildirilib.