Rayonun Bizlan kənd ərazi nümayəndəsi Şahbəndər Əmrahiyev Azvision.az -a açıqlamasında bildirib ki, kənddə 3 nəfər koronavirusa yoluxub.

“Kənd sakinlərinin məlumatına əsasən, iki qadın İsmayıllı rayonunda yas məclisində iştirak ediblər və orada virusa yoluxublar. Yoluxanlardan biri koronavirus testi pozitiv çıxan qadının qardaşıdır.

Onlar Balakən rayon Mərkəzi Xəstəxanasına aparılıb. Gündəlik xəbər alıram, qızdırmaları ölçülür və heç bir narahatlıq yoxdur. Həmin şəxslərlə təmasda olanlardan analizlər götürülüb və nəticələri neqativ çıxıb".

Ş.Əmrahiyev bildirib ki, qonşu Tircan kəndinə daha 4 nəfərdə koronavirusa yoluxma qeydə alınıb.

Xatırladaq ki, son günlər İsmayıllıda koronavirusa yoluxma hallarının artması ilə əlaqədar bu rayonda iki günlük sərt karantin rejimi tətbiq olunacaq.