Bakıda fəaliyyət göstərən tanınmış sağlamlıq mərkəzi “İntermed” MMC ləğv olunub.
Bizimaz.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 115 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “İntermed” MMC 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 101,2 min manatdır.
BAKU.WS