Azərbaycanda bu günə qədər məlum olmayan daha bir şəlalənin yeri aşkarlanıb.
Bizimaz.az xəbər verir ki, şəlalənin yeri peyk vasitəsi ilə müəyyən edilib. Bu günə qədər isə belə bir şəlalənin mövcudluğundan heç kəsin xəbəri olmayıb.
Masallı rayonunun Köhnə Zuvand kəndindən 500 metr aralıda, qalın meşə sahəsinin içində aşkarlanmış şəlalə üç pilləlidir. Dağlardan axan bulaq suları hesabına formalaşmış şəlalə gursuludur. Axar su Motal çayına (yerli əhali Mətərə çayı adlandırır) tökülür.
Şəlalə Köhnə Zuvand kəndinin yaxınlığında yerləşsə də, yerli əhalinin onun varlığında bu günə qədər xəbəri olmayıb.