Koronavirusun kütləvi yayılmasının qarşısını almaq məqsədilə Azərbaycanın Bakı başda olmaqla, bir sıra böyük şəhərlərində tətbiq edilən həftəsonu ən sərt karantin rejimi bu həftə də davam edəcək.
Bizimaz.az xəbər verir ki, bu həftə yaşayış yerini və olduğu yeri tərk etməmək şənbə və bazar günlərinə tətbiq edildi. Bu həftə isə bu qadağanın şənbə-bazar və bazar ertəsi günlərində tətbiq ediləcəyi gözlənilir.
Belə ki, bazar ertəsi 15 İyun - Qurtuluş Gününə təsadüf etdiyindən, qeyri-iş günüdür və iyunun 13, 14 və 15-i günlərində “evdə qal” tədbirinin tətbiq olunacağı bildirilir.
Xatırladaq ki, TƏBİB İdarə Heyətinin rəhbəri Ramin Bayramlı bayram günlərinə düşəcəyi halda həftə sonları 3 gün evdə qalmaqla bağlı tədbirlərin görüləcəyi barədə xəbərdarlıq etmişdi.