Hazırda İsveçrədə xərçəng xəstəliyi ilə mübarizə aparan tanınmış bloger Mehman Hüseynova yardım kampaniyası davam edir. Son məlumata görə, artıq blogerin müalicəsi üçün 140 000 manat vəsait toplanıb.
Bizimaz.az xəbər verir ki, Sfera.az yardım kampaniyasına hakim Yeni Azərbaycan Partiyasının da (YAP Gənclər Birliyi) qoşulduğunu yazıb.
daha bir maraqlı məlumat isə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun da blogerin müalicəsinə pul yardımı etməsidir.
Mediada Məzahir Pənahovun Mehman Hüseynova maddi dəstək olduğunu əks etdirən foto-skrin də yayılıb.
Qeyd edək ki, M.Pənahov bu barədə hər hansı açıqlama verməyib.
istinad