Xəbər lenti



Pandemiyanı geridə qoyacağıq. Əsas məsələ odur ki, bunu az itki ilə, az xəstə sayı ilə geridə qoyaq.

 

Bizimaz.az Trend-ə istinadən xəbər ki, bu sözləri Azərbaycan Televiziyasına Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkəmizdəki nümayəndəsi Hande Harmancı deyib. O bildirib ki, əvvəllər də tarixdə böyük pandemiyalar olub:

“Həmin pandemiyalar kimi, koronavirus pandemiyası da geridə qalacaq. Sadəcə, əsas məsələ insanların qəbul olunan qaydalara ciddi əməl etməsidir, öz sağlamlıqlarını qorumasıdır. Sosial məsafəni saxlamaq, tibbi maskalardan istifadə etmək, şəxsi gigiyenaya əməl etmək lazımdır. Koronavirus elə bir xəstəlikdir ki, sürətlə yayılır. Çox insanın yoluxmaması üçün dövlətin qəbul etdiyi önləyici tədbirlərə uyğun davranmaq lazımdır”.

“Maska önəmli qoruyucudur. Amma maska təkbaşına koronavirusa yoluxmanın qarşısını almır. Tibbi maska ümumi tədbirlər paketinin bir komponentidir”, - deyən H.Harmancı qeyd edib ki, maska taxmaqla yanaşı, digər qoruyucu tədbirlərə də əməl edilməlidir. ÜST rəsmisi tibbi maskaların taxılma, çıxarılma qaydalarını da izah edib. Xüsusi karantin rejiminin vacibliyinə toxunan H.Harmancı, insanların bir yerə toplaşmaması üçün bütün dünya ölkələrinin karantindən, sosial məsafə tədbirlərindən istifadə etdiyini, bunun effekt verdiyini də deyib.

Azərbaycan dövlətinin pandemiyaya qarşı mübarizə tədbirlərinin səmərəli olduğunu qeyd edən H.Harmancı vurğulayıb ki, Azərbaycan pandemiyanın ilk başlanğıcında vətəndaşın sağlamlığının nə qədər önəmli olduğunu atdığı addımlarla ortaya qoydu:

“Bu gün koronavirusa görə 10 modul tipli xəstəxana qurulur, vətəndaşların sağlamlığının qorunması üçün bütün tədbirlər görülür. Görülən tədbirlər yetərli oldu ki, yoluxma sayı 20 nəfərə qədər azalmışdı. Sadəcə, yumşalmaya əhali düzgün yanaşmadı. Ölkə üçün iqtisadiyyat da önəmlidir, yumşalma vacibdir. Amma bundan vətəndaşlar sui-istifadə etməməlidirlər, özlərini qorumalıdırlar”.

01 May 2025 “3 milyondan çox vətəndaşın banklara kredit borcu var”
21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov