Elm adamları qidaların insan orqanlarına və xarici görünüşünə təsirlərini araşdırıb. Məlum olub ki, bəzi qidalar insanın 10 yaş cavanlaşmasına təsir edə bilər.
Bizimaz.az həmin qidaları təqdim edir:
Qara şokolad - dərinin vəziyyətinə yaxşı təsir edən flavonoid və antioksidantlarla zəngidir
Yaşıl çay - tərkibində polifenollar var
Kofe - tərkibində olan birləşmələr dərini melanomadan qorumaqda kömək ola bilər. Lakin burada içkinin keyfiyyəti böyük önəm kəsb edir.
Avokado, pomidor, qara qarağat və qarpız da insanın xarici görünüşünə təsir edə bilən maddələrlə zəngindir.
Avokado sellüloz, kalium və yağ turşuları ilə, pomidor isə likopinlə zəngindir.Bütün bu maddələr ürək-damar sistemini möhkəm və cavan saxlamağa yardım edir.
Qara qarağat C vitamini və bir çox minerallarla zəngindir. C vitamini damarları möhkəmləndirir, kollagenin sintezini sürətləndirir. Kollagen dərimizi daha dartılmış və cavan edir. Yağlı balıq ürək-damar sistemini qoruyur. (publika.az)