TƏBİB alış-veriş zamanı “COVİD-19” infeksiyasından qorunmaqla bağlı vətəndaşlara müraciət edib.
Bizimaz.az xəbər verir ki, qurum vətəndaşlara onlayn alış-verişə üstünlük verməyi tövsiyə edib:
“Alış-verişə ailənizdən bir nəfər göndərin.
Pik saatlarda mağazaya getməkdən çəkinin və yaşadığınız yerə yaxın mağazaya getməyə çalışın.
Xəstəsinizsə, mağazaya getməyin.
Mağaza daxilində asqırarkən və ya öskürərkən ağzınızı və burnunuzu salfetlə örtün və ya dirsək bükümünüzdən istifadə edin.
Maska taxın və heç bir halda çıxarmayın, əlinizlə üzünüzə toxunmayın.
Digərləri ilə fiziki məsafə saxlayın.
Ödəniş etdiyiniz kartı dezinfektantla təmizləyin.
Ödənişdən sonra spirt tərkibli dezinfektantla əllərinizi təmizləyin.
Evə qayıtdıqda əllərinizi mütləq su və sabunla yuyun”.