Xəbər lenti



Azərbaycan Mətbuat Şurası həftəsonu qadağalarla bağlı media nümayəndlərinə müraciət edib.

 

Şuradan daxil olan müraciət mətnində deyilir:

"Nazirlər Kabineti yanında Operativ Qərargahın 4 iyun 2020-ci il tarixli qərarına görə, iyunun 6-sı saat 00.00-dan 8 iyun saat 06.00-dək Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılacaq (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti sitisna olmaqla). Qeyd olunan tarixdə əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.

Cəmiyyətin informasiya ilə təminatı son dərəcə mühüm məsələdir. Mövcud istiqamətdə hər hansı ləngimələrin, geriləmələrin olması yolverilməzdir. KİV-lərin və jurnalistlərin sərbəst fəaliyyətinin təmin olunması eyni zamanda ictimaiyyətdə ruh yüksəkliyinin sabit saxlanılması baxımından mühüm əhəmiyyət daşımaqdadır.

2020-ci il 6 iyun saat 00.00-dan 8 iyun saat 06.00-dək fəaliyyətinə icazə verilən sahələr sırasında kütləvi informasiya vasitələri kimi yalnız televiziya və radio kanalları, kabel televiziyaları yer alır.

Nəzərə alınmalıdır ki, Operativ Qərargahın xüsusi karantin rejiminin müəyyən günlərdə sərtləşdirilməsi qərarı COVID-19 virusunun yayılma sürətinin azaldılmasından, onun törədə biləcəyi fəsadların minimuma endirilməsindən irəli gəlib. Buna görə də göstərilən tarixlərdə digər media qurumlarında çalışan jurnalistlərin, habelə blogerlərin və frilanserlərin fəaliyyətlərini onlayn şəkildə - yaşayış yerlərindən və olduqları yerlərdən uzaqlaşmamaq şərtilə həyata keçirmələri, müəyyənləşdirilmiş qaydaya əməl etmələri zəruridir.

Operativ Qərargahın qərarındakı məhdudlaşdırıcı mahiyyət ümumi xarakterli olmaqla, təhlükəli virusdan müdafiədə effektivliyi artırmaq, əhalini qorumaq, mümkün qədər çox insanın evdə qalmasını təmin etmək məqsədi daşıyır. Nəzərə alınmalıdır ki, bir qayda olaraq KİV-lərin əksəriyyəti həftənin şənbə və bazar günləri öz işlərini məhdudlaşdırırlar, bəziləri ümumiyyətlə işləmirlər.

Onu da qeyd etmək lazımdır ki, koronavirus pandemiyası ilə əlaqədar dünyanın bir çox ölkələrində müxtəlif sahələr kimi, mediaya münasibətdə də məhdudiyyətlər tətbiq edilib və edilməkdədir. Ancaq Azərbaycanda fərqli yanaşmanın şahidi olduq.

Belə ki, xüsusi karantin rejiminin əvvəlki mərhələlərində bütün növ media orqanlarının, o cümlədən müstəqil jurnalistlərin sərbəst fəaliyyətləri təmin edildi, bu məqsədlə Nazirlər Kabineti yanında Operativ Qərargahla Azərbaycan Mətbuat Şurasının müştərək əməkdaşlığı faydalı oldu, müəyyən anlaşılmazlıqların aradan qaldırılması təmin edildi. Bu istiqamətdəki əməkdaşlıq bundan sonra da davamlı olacaqdır.

Azərbaycan Mətbuat Şurası bir daha ölkə jurnalistlərinə müraciət edərək Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara əməl etməyə, məhdudiyyətləri nəzərə alaraq fəaliyyət göstərməyə çağırır.

Əsas olan koronavirus pandemiyası ilə mübarizənin aparılması, vətəndaş mövqeyinin və məsuliyyətinin ortaya qoyulmasıdır. Şura əmindir ki, jurnalistlər bu mərhələdə də nümunəvi davranışları ilə yadda qalacaqlar".

 
BAKU.WS
01 May 2025 “3 milyondan çox vətəndaşın banklara kredit borcu var”
21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov