Azərbaycan Dövlət Televiziyasının (AzTV) operatoru koronavirus şübhəsi ilə karantinə alınıb.
Bizimaz.az xəbər verir ki, bu barədə Teleqraf.com-a açıqlamasında AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov danışıb.
"Çəkilişlərdən əvvəl operatorlardan analiz götürülür. Bir operatorda şübhəli əlamətlər olduğuna görə karantinə alınıb. Araşdırma aparılır, nəticə haqqında məlumat veriləcək", - o bildirib.