Xəbər lenti



Koronavirusla bağlı ciddi karantin rejiminin tətbiq olunduğu mart və aprel aylarında mağazalarda çörək satışında nizam-intizam yaradılmışdı. Açıq şəkildə bişirilən çörək də mağazada elə paketlənirdi ki, əl vurmaq mümkün olmasın. Çörək rəfləri olan hissəyə alıcıların keçməsinə, çörəyi əlləri ilə yoxlamasına icazə verilmirdi.

 

Bizimaz.az xəbər verir ki, hazırda vəziyyətin necə olması hamıda maraq doğurur.

Təəssüf ki, çörək açıq şəkildə satılır. İstənilən müştəri çörəyin təzəliyini yoxlamaq üçün rəflərə düzülən bütün çörəkləri əli ilə “müayinədən” keçirir. "Lent.az"ın əməkdaşının mağazalarda apardığı müşahidələrdən məlum olub ki, koronavirus pandemiyasından əvvəl vəziyyət necə idisə, hazırda da o cür davam edir. 

Böyük marketlərdən birində orada bişirilən çörəyi rəflərə yığan xanımdan nə üçün məhsulu əl dəyməyəcək şəkildə paketləmədiklərini soruşuram. Zarafata keçir: “Daha karona bitib də... Ona görə də hərtərəfli paketləməyə ehtiyac yoxdur. Karona var idi ki?..”

Demək olar ki, bütün marketlərdə vəziyyət bu cürdür. Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mağazalarda çörək və çörək məhsullarının satışı ilə bağlı təlimatları var. Çörək açıq şəkildə satılmamalıdır, müştərinin məhsula təması olmamalıdır və s.

Təəssüf ki, hazırda bunlara əməl olunmur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun bildirdiyinə görə, insanlar arsında yeni davranış qaydaları ortaya çıxmalıdır. Onun fikrincə, dövlət orqanları qanunlar vasitəsilə insanların hər bir davranışını tənzimləyə bilməz: “İstehlakçılar özləri yeni davranış qaydaları nümayiş etdirməlidirlər. AİB güclü istehlakçı təşkilatı olsaydı, elə bir iş aparırdı ki, hamı maska taxar, hamı mağazalarda qoyulan qaydalara əməl edərdi. Mən sizin sayt vasitəsilə insanlara çağırış edirəm ki, açıq çörəkləri almasınlar. Mağazalarda təndirdə bişirilən isti çörəkləri almaqdan imtina etsinlər. İşçiləri maska və əlcək taxmayan mağazalardan uzaq dursunlar. Biznes istehlakçılardan asılıdır. İstehlakçı olaraq biz yaxşı davranış nümayiş etdirsək, qarşı tərəf də lazımı qaydalara əməl etməyə məcbur qalar”.

E.Hüseynovun fikrincə, pandemiyaya görə gigiyenik qaydalara ciddi əməl edən ölkələrdən mütəmadi reportajlar vermək lazımdır: “Qayda-qanuna ciddi əməl edən ölkələrdən reportajlar vermələri ilə bağlı bizim telekanallara da təklif vermişəm. Dünya Sağlamlıq Təşkilatı, dövlət bizə yayın istisində palto və ya qış ayaqqabısı geyməyi demir. Maska geyib, gigiyenik qaydalara əməl etməyi tövsiyə edir. Bu cür gigiyenik qaydalara çörəklə bağlı məsələ də aiddir.

İnsanlar keyfiyyət və qablaşdırma baxımından işini normal həyata keçirən çörək istehsalçılarına üstünlük verməlidirlər. Açıq çörəyi alanlar, özlərini qorumaq üçün heç olmasa məhsulu yüksək temperaturdan keçirsinlər”.

AİB sədri onu da bildirib ki, bəzi çörək istehsalçıları istehsal proseslərini onlayn şəkildə izləmək imkanı yaradıblar: “Onlayn izləməklə istehlakçı çörəyin hansı şəraitdə hazırlandığını izləyə bilər. İşi o yerə çatdıranlar var, hətta üzərinə antikoronavirus əleyinə olduğu yazılan çörək istehsal edirlər. Çörəklə bağlı bu cür məsələlər yolverilməzdir”.

01 May 2025 “3 milyondan çox vətəndaşın banklara kredit borcu var”
21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov