Masallı Rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədovun Təzə Alvadı kəndində tarlalarda kartof və çiyələk yığan əməkçilərlə görüşü maraqla qarşılanıb.
Bizimaz.az xəbər verir ki, rayon rəhbərinin 28 May Respublika Günü münasibətilə zəhmətkeşlərlə görüşməsi və kartof yığması diqqət çəkib.
Masallı İN-dən verilən məlumatda bildirilib ki, kənddə yerləşən bir çox tarlalara baş çəkən icra başçısı məhsul yığanlarla görüşüb və onlara koronavirus infeksiyası ilə mübarizədə diqqətli olmağı tövsiyə edib.
Təzə Alvadı inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fəxrəddin Məmmədov cari ildə 204 hektar sahədə kartof və 78 hektar sahədə çiyələk əkilib-becərilməsi barədə məlumat verib.
-
- axar.az