Xəbər lenti

28 May - Respublika günündə Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə bayram hədiyyəsi olaraq bu kateqoriyadan olan vətəndaşlara 100 mənzil, habelə Qarabağ müharibəsi əlillərinə 50 avtomobil təqdim edilib.

 

Bizimaz.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumata görə, Abşeron rayonunun Məmmədli kəndində yeni yaşayış binalarından alınmış mənzillərdə müasir tələblərə uyğun yaşayış şərati yaradılıb.

Mənzil və avtomobillərin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Respublika günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. O, 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin şərəfli səhifələrdən biri olduğunu qeyd edib.

V.Nəsirli ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycanın güclü sosial siyasətə malik olduğunu vurğulayıb, Prezident İlham Əliyevin həssas əhali qruplarına xüsusi qayğısından bəhs edib. O, koronavirus epidemiyası dövründə ölkəmizdə reallaşdırılan geniş miqyaslı sosial dəstək tədbirlərini diqqətə çatdırıb. V.Nəsirli bildirib ki, dövlət başçısının tapşırığı əsasında bu il də bütün sosial proqramlar tam icra edilməklə, bu proqramların əhəmiyyətli dərəcədə genişləndirilməsi təmin olunacaq.

Nazir müavini qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil və fərdi ev, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 ədəd mənzil və fərdi ev verilib. Prezident İlham Əliyevin tapşırığı əsasında, 2020-ci ildə isə bu kateqoriyadan olanlara azı 1500 mənzil və fərdi evin verilməsi işləri aparılır. Onlardan bu gün artıq 100 mənzil təqdim edilir. Beləliklə, indiyədək Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7700-dək mənzil və fərdi ev təqdim edilib.

Bildirilib ki, nazirlik tərəfindən müharibə əlillərinə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600 avtomobil verilib. Bu gün daha 50 avtomobil müharibə əlillərinə təqdim edilir. (Bölgələrdə yaşayan Qarabağ müharibəsi əlilləri üçün nəzərdə tutulan avtomobillər karantin dövrünün tələbləri nəzərə alınaraq, onlara Neftçala rayonunda verilir.)

Bununla da Nazirlik tərəfindən müharibə əlillərinə indiyədək 6800 avtomobil verilib.

Tədbirdə şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri onların sosial müdafiəsinin gücləndirilməsinə və mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına göstərilən yüksək qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

01 May 2025 “3 milyondan çox vətəndaşın banklara kredit borcu var”
21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov