Bakı Nəqliyyat Agentliyinin əməkdaşları Bakıda bir restoranın yolu zəbt etməsinin qarşısını alıb və maneələr aradan qaldırılıb.
Bizimaz.az xəbər verir ki, bu barədə BNA məlumat yayıb. Bildirilib ki, Səbail rayonu Əziz Əliyev küçəsində yerləşən restoranlardan birinin qanunsuz olaraq avtomobil yoluna qoyduğu masa və maneələr artıq yığışdırılıb.
Qeyd edək ki, restoranın avtomobil yolunun bir hissəsini zəbt etməsi barədə məlumat ötən gün mediada yayılıb. Belə ki, yol kənarına yerləşdirilən xüsusi dəmir maneləri də keçərək, avtomobil yolunun bir hissəsinə restoranın xüsusi gül dibçəkləri yerləşdirilmiş, ətrafına isə masa qoyulmuşdu.